12:21 15-06-2016
news_image
409
DİGƏR NÖVLƏR

“Azərbaycana səfərimin macəralarla dolu olacağına inanıram”

“Ötən həftə Kanadadan keçirilən yarış mənim üçün çox da asan keçmədi, lakin xal əldə etdiyimə görə bu yarışı uğurlu sayıram. Müxtəlif xüsusiyyətlərə sahib treklərdə keçirilmiş son 4 yarışda xallar əldə edə bildim. Bu, komanda olaraq özümüzə inamı artırdı və hesab edirik ki, artıq biz növbəti yarışların hər birində ilk “onluğ”a daxil ola bilərik”. Apasport.az saytının məlumatına görə, bunu “Sahara Force İndia” komandasının pilotu Serxio Peres deyib.

 

O, iyunun 17-19-da Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi ilə bağlı fikirlərini açıqlayıb. Peresin sözlərinə görə, paytaxtımızda mübarizə aparmaq heç də asan olmayacaq: “Bakıya hazırlığa gəldikdə, mən trekin boliddən çəkilmiş videosunu izlədim və ilk təəssüratım o oldu ki, həqiqətən də bu trekdə sürməyin müəyyən çətinlikləri olacaq. Trekdə çox sayda dar hissələr var və bu şəhər treki üçün normal bir haldı. Lakin burada sürət Monakodakından çox olacaq. Belə treklərdə sürməyi çox xoşlayıram”.  

 

Pilot Azərbaycanla bağlı fikirlərini də açıqlayıb. O bildirib ki, ölkəmiz bütün “Formula-1” iştirakçılarında xüsusi maraq kəsb edir:
“Heç vaxt Azərbaycanda olmamışam. Buna görə də bu səfərimin macəralarla dolu olacağına inanıram. Yeni yerlərlə bağlı ilk təəssüratlar əldə etmək və yeni şəhərlə tanış olmaq mənim üçün həmişə maraqlıdı. Bu idmanın gözəl cəhətlərindən biri odu ki, bizə yeni ölkələrə getmək və oralarda yeni azarkeşlər qazanmaq fürsəti verir. Biz trekə çatar-çatmaz adəti üzrə treklə dərhal tanışlığa başlayırıq və bu olduqca vacibdi. Ona görə də mühəndislərlə birgə trekdə yürüş edirik və trekdə sərbəst yürüşlər həyata keçiririk. Hər bir pilot kimi mən də çalışıram ki, ilk dövrələrdəcə yüksək sürətə nail olum”.