14:03 15-06-2016
news_image
725
TOP OYUNLARI

Azərbaycan reytinq cədvəlində 3 pillə irəlilədi

Avropa Həndbol Federasiyası (EHF) qadın klubların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandalarının avrokubokdakı çıxışına əsasən tərtib olunan siyahıda Azərbaycan 29-cu pilləyə yüksəlib.

 

Ötən ilki reytinqlə müqayisədə 3 pillə irəliləyən ölkəmizin əmsalı 4,22-yə bərabərdi. Bu, Azərbaycana avrokuboklara 4 klubla qatılmaq hüququ verir. Komandalarımızdan biri EHF kubokunda, digər 3-cü “Çelenc cup”da çıxış edə bilər. Lakin son illərdə yalnız ABU-nun beynəlxalq yarışlara qatıldığını nəzərə alsaq, bu dəfə də istisna olmayacaq.

 

Qeyd edək ki, 39 ölkənin yer aldığı reytinq siyahısına Danimarka (108,89 xal) başçılıq edir. İkinci və üçüncü yerlərdə, müvafiq olaraq Macarıstan (100,44) və Rusiya (84,00) qərarlaşıblar.