09:34 16-06-2016
news_image
1812
TOP OYUNLARI

Odina Bayramova seçimini etdi – Türkiyə Superliqası

Azərbaycan millisinin voleybolçusu Odina Bayramova karyerası ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, yığmamızın 26 yaşlı əsas heyət oyunçu karyerasını Türkiyə Superliqasında davam etdirəcək.

 

Belə ki, bu ölkənin “İdmanocağı” və İtaliyanın “Yamamay” klublarının da heyətində görmək istədiyi Bayramova seçimini “Halkbank”ın xeyrinə edib. O, Ankara təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

 

Bununla da, Bayramova Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra ilk dəfə legioner həyatı yaşayacaq. O, “Halkbank”a transfer olunanadək “Şahdağ”, “Bakı” və “Azərreyl” klublarında oynayıb.

 

Qeyd edək ki, yığmamızın hücumçusu Yana Kulan da Superliqa klubu ilə anlaşıb. O, yeni mövsümü “Çanaqkala Bld”da oynayacaq. Həmçinin millimizin blokçusu Kseniya Kovalenko da bu komanda ilə danışıqlar aparır.