00:00 17-06-2016
news_image
3179
DİGƏR NÖVLƏR

“Formula-1”: Bakıda Avropa Qran-prisi start götürür

Bu gün Bakıda “Formula-1” üzrə Avropa Qran-prisinə start veriləcək. Apasport.az saytının məlumatına görə, paytaxtımızda ilk dəfə keçiriləcək yarış məşhur pilotların avtoqraf sessiyası ilə başlayacaq.

 

Ardınca GP2 və “Formula-1” pilotları treklə tanış olacaqlar. Saat 15:00-da GP2 üzrə seçmə mərhələnin startı veriləcək. Günə Kris Braunun konserti ilə yekun vurulacaq.

 

İyunun 18-də GP2 pilotları birinci yürüşünə çıxacaqlar. Ardınca “Formula-1” üzrə seçmə mərhələ baş tutacaq. Bu dəfə gün Enrike İqlesiasln konserti ilə bitəcək.

 

Turnirin son günü GP2 pilotları ikinci yürüşünü keçirəcəklər. Əsas yarışa - “Formula-1” Avropa Qran-prisi saat 17:00-da başlayacaq. Ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Farel Vilyamsın konserti nəzərdə tutulub.

 

Bakıda baş tutacaq 8-ci mərhələyə əvvəlki kimi 11 komandanın tərkibində 22 pilot qatılacaq. Ölkəmizə “Mercedes”in heyətində Niko Rosberq, Luis Hamilton, “Ferrari”nin heyətində Kimi Raykkonenlə Sebastyan Fettel, “Uilliams”ın heyətində Felipe Massa ilə Valtteri Bottas, “Red Bull”un heyətində Daniel Rikkardo ilə Maks Ferstappen, “Force India”nın heyətində Serxio Pereslə Niko Hyulkenberq, “Renault”da Kevin Maqnussenlə Colion Palmer, “Toro Rosso” Daniil Kvyatla Karlos Sayns-ml., “Sauber”də Markus Erikssonla Felipe Nasr, “McLaren”də Fernando Alonso Censon Batton, MRT-da Rio Xaryanto Paskal Verlyayn və “Haas”da Romen Qrojanla Esteban Qutyerres qatılacaq.

 

Qeyd edək ki, 7 mərhələdən sonra Rosberq 116 xalla birincidi. Konstruktorların yarışında isə onun idarə etdiyi “Mercedes” liderlik edir.

 

 

 

Bakı Şəhər Halqası

Döngə sayı – 20

Dövrə - 51

Əsas yarış günü – 19 iyun

Halqanın uzunluğu – 6,006 km

Ümumi məsafə - 306,306 km

 

 

Avropa Qran-prisinin proqramı

16 iyun

16:50 - 17:10. Avtoqraf sessiyası – “Ferrari”
18:00 - 18:20. Avtoqraf sessiyası – “Red Bull”

18:20 - 18:40. Avtoqraf sessiyası – “Mercedes”
18:40 - 19:00. Avtoqraf sessiyası – “Toro Rosso”

17 iyun

11:00 - 11:20. Avtoqraf sessiyası – “Haas F1 Team”
11:00 - 11:20. Avtoqraf sessiyası – “MakLaren”

11:00 – 11:45. GP2 – Treklə tanışlıq

13:00 – 14:30. “Formula-1” – Treklə 1-ci tanışlıq

15:00 – 15:30. GP2 – Seçmə mərhələ

17:00 – 18:30. “Formula-1” – Treklə 2-ci tanışlıq

20:00 – 23:30. Konsert - Kris Braun

 

18 iyun
12:20 - 12:40. Avtoqraf sessiyası – “Renault”
12:40 - 13:00. Avtoqraf sessiyası – “Force India”

12:00 – 13:05. GP2 – Birinci yürüş

14:00 – 15:00. “Formula-1” – Treklə 3-cü tanışlıq

17:00 – 18:00. “Formula-1” – Seçmə mərhələ

20:00 – 23:30. Konsert - Enrike İqlesias


19 iyun
12:40 - 13:00. Avtoqraf sessiyası – “Manor”
13:00 - 13:20. Avtoqraf sessiyası – “Uilliams”
14:00 - 14:20. Avtoqraf sessiyası – “Sauber”
14:00 – 15:00. GP2 – İkinci yürüş

17:00 – 19:00. “Formula-1” Avropa Qran-prisi

20:00 – 23:30. Konsert - Farel Vilyams