10:39 17-06-2016
news_image
445
DİGƏR NÖVLƏR

Topaz şəbəkəsini genişləndirir: Xətaidə yeni məntəqə açıldı

Bu günlərdə təkcə Azərbaycanı deyil, bütün dünyanı həyəcanlandıran bir hadisə yaşanmaqdadı. Apasport.az saytının məlumatına görə, bütün diqqətlər Fransada keçirilən futbol üzrə Avropa çempionatına yönəlib.

 

Futbol azarkeşləri üçün əsl bayram olan bu çempionatın maraqlı oyunlar, gərgin qarşılaşmalar, möhtəşəm qollarla yadda qalacağı gözlənilir. Məhz belə dövrlərdə futbol azarkeşləri oyunların nəticəsi ilə bağlı daha çox proqnoz verməyi xoşlayırlar. Çempionat ərzində azarkeşlərə həm əylənmək, həm də qazanmaq imkanını isə Azərbaycanda yeganə olaraq Topaz yaradır.

 

Müştərilərin rahatlığını əsas tutan “Topaz” bu günlərdə daha bir məntəqəsini açıb. Şirkətin Xətai rayonunda yeni bir məntəqəsi işə başlayıb. Bundan sonra azarkeşlər Xocalı prospekti, 29 ünvanında yerləşən yeni mərkəzə müraciət edə bilərlər.

 

Yeni məntəqədə idmansevərlər üçün hər cür şərait yaradılıb. Geniş sahəsi olan Yeni mərkəz işıqlı otaqları, həm də xüsusi dizaynı ilə fərqlənir. Müştərilər burada maraqlı vaxt keçirməklə yanaşı, həm də istənilən idman oyununu canlı olaraq izləyə bilər, proqnozların nəticəsini dərhal öyrənə bilərlər. Bu məqsədlə məntəqədə yüksək keyfiyyətli seyr imkanları olan daha çox televizorlar yerləşdirilib. Yeni fəaliyyətə başlayan məntəqənin dizaynı bir neçə qrup insanın çox rahatlıqla eyni vaxtda oyun izləməsinə imkan verir.

 

Hazırda “Topaz” bütün Azərbaycan üzrə fəaliyyət göstərir. Ölkə üzrə şirkətin 480-ə yaxın məntəqəsi var ki, bu da insanların rahatlığına xidmət edir, hər kəsin özünə yaxın məntəqəyə getməsinə şərait yaradır.

 

Məlumdu ki, “Topaz” Azərbaycanda ilk qanuni idman mərc oyunudu. Yalnız bu şirkət öz iştirakçılarının uduşlarına dövlət təminatını verir. Bu da vətəndaşlara real qazanmaq şansı verməklə yanaşı, həm də onların digər şəxslər və qurumlar, fırıldaqçılar tərəfindən aldanmasının qarşısını alır.

 

Əsas məqamlardan biri də odu ki, “Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. Bu da yeniyetmələrin bilməyərəkdən oyuna qoşulmasının qarşısını alır. “Topaz”, həmçinin ölkə üzrə insanların aldadıldıqları qanunsuz mərc oyunları, kazino və totalizatorların qara bazarının qarşısını almaqda güclü bir vasitəyə çevrilib.

 

“Topaz” yarandığı gündən ölkəmizdə idmanın inkişafına öz töhfəsini verir. Çünki şirkət fəaliyyəti sayəsində dövlət büdcəsinə külli miqdarda vergi ödəyir ki, bu vəsaitin böyük bir qismi birbaşa idmanın inkişafına yönəlir. Qurumun fəaliyyəti nəticəsində idmana maraq göstərən gənclərin sayı artır və onlara idmana həvəsi stimullaşdırılır. Belə ki, şirkət tərəfindən indiyədək bir çox idman yarışları dəstəklənib. Topaz markası 2012 ildən etibarən Azərbaycan Premyer Liqasının sponsorudu.

 

2015-ci ildə “Topaz”da uduşları 216 milyon manat təşkil edib. Bu ilin təkcə ilk 5 ayında 47 milyon manat uduş olub. Tək bir vətəndaşın yazdığı 5 kupon qarşılığında 800 min manatdan çox uduşu qeydə alınıb. Bu da indiki mürəkkəb iqtisadi durumda insanların sosial rifah halının yaxşılaşmasına, daha rahat yaşamasına imkan yaradır.

 

Avropa çempionatına gəlincə, ötən dəfəki çempionatın elə ilk 2 həftəsində “Topaz” oyunçuları 8 milyon manatdan çox uduş əldə ediblər. İnanırıq ki, bu Avropa çempionatında da proqnozları düz çıxan və udan Azərbaycan vətəndaşlarının sayı çox olacaq. “Topaz” da bu işdə hər kəsə yardımçı olmaqdan məmnunluq duyur. Şirkət gələcəkdə də idmanın inkişafı naminə böyük miqyaslı layihələri həyata keçirməyi planlaşdırır.

 

Qeyd edək ki, “Topaz”ı internet vasitəsilə də oynamaq mümkündü. www.etopaz.az internet ünvanında şirkətin fəaliyyəti, gördüyü işlər, sosial məsuliyyətli layihələri haqqında da ətraflı məlumat almaq mümkündür.