16:30 17-06-2016
news_image
469
DİGƏR NÖVLƏR

“Formula-1”: GP2 seriyasında sərbəst yürüşün qalibi müəyyənləşdi

Bakıda “Formula-1” üzrə Avropa Qran-prisinə start verilib. Apasport.az saytının məlumatına görə, öncə GP2 seriyasının 12-ci mövsümünün Bakı mərhələsində sərbəst yürüşlər baş tutub.

 

Sərbəst yürüşdə 12 komandanın 24 pilotu öz bolidləri ilə trasa çıxıblar.

 

“Racing Engineering” komandasının fransalı pilotu Norman Nato yarışda birinci olub. “Prema Racing”in sürücüsü italiyalı Antonio Covinatsi ikinci, “Art Grand Prix”in rusiyalı pilotu Sergey Sirotkin isə üçüncü yeri tutub.

 

Pilotlar bu gün həmçinin sabahkı 1-ci mərhələ yarışının sıralarını müəyyən edəcəklər.

 

Qeyd edək ki, GP2 seriyası Formula 1-ə dəstək olaraq keçirilir.