16:38 17-06-2016
news_image
506
DİGƏR NÖVLƏR

“Formula-1”: Luis Hamilton hamını qabaqladı

Bakıda təşkil edilən “Formula-1” üzrə Avropa Qran-prisində ilk sərbəst yürüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, yürüşdə 11 komandanın 22 pilotu iştirak edib.

 

Ən yaxşı göstəricini “Mercedes”in pilotu Luis Hamilton əldə edib. 31 yaşlı idmançı 1:46.435 dəqiqəlik göstərici nümayiş etdirib. Onu 1:46.812 dəqiqəlik nəticə ilə komanda yoldaşı Niko Rosberq izləyib. Siyahının üçüncü pilləsində isə 1:47.096 dəqiqə ilə "Williams Martini Racing"in pilotu Valtteri Bottas qərarlaşıb.

 

"McLaren Honda"nın pilotu Fernando Alonso 4-cü (1:47.989), "Scuderia Ferrari"nin pilotu Sebastyan Fettel isə 1:48.627 dəqiqəlik göstərici ilə 5-cidi.

 

Qeyd edək ki, növbəti sərbəst yürüşə saat 17:00-da start veriləcək.