16:45 17-06-2016
news_image
644
DİGƏR NÖVLƏR

“Avropa Qran-prisinə 42 ölkədən bilet alınıb” - Bülənt Özərdim

Bu gün start götürən və 3 gün davam edəcək “Formula-1” üzrə Avropa Qran-prisinə bilet satışı başa çatmaq üzrədi. Apasport.az saytının məlumatına görə, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib.

 

O bildirib ki, bilet satışında faəllıq müşahidə olunur: “Beş trubunaya bilet satışı artıq başa çatıb. “Abşeron”, “Xəzər”, “Bulvar” və digər trubunlara biletlər yekunlaşıb. Bir neçə gündü həftəsonuna bilet satışlarında artım müşahidə olunur. Bilet satış məntəqələrində azarkeşlərin fəallığı hiss edilir. Bütün bu göstəricilər bizi sevindirir. Ümid edirəm ki, yarış zamanı trubunalar dolu olacaq”.
 

Özərdim əlavə edib ki, “Formula-1” yarışlarının ilk günüdə maraq bir qədər az olur: “Bu da iş günü ilə əlaqədardı. İkinci gün tamaşaçı sayında artım müşahidə olunur. Yarışın son günüdə isə trubunlar dolu olur. “Formula-1” yarışlarında tamaşaçı sayı üç günün cəmi olaraq hesablanır”.
 

Kommersiya şöbəsinin rəhbərinin sözlərinə görə, bilet alışında yerli azrkeşlər üstünlük təşkil edir: “Bilet alışında göstərici 70 faiz yerli, 30 faiz isə əcnəbi azarkeşlərə məxsusdu. Dünyanın 42 ölkəsindən Avropa Qran-pri yarışlarına bilet alınıb. Bu yaxşı göstəricidi. Azərbaycan istisna olmaqla, Rusiya, İngiltərə, Hollandiya və digər ölkələrdən bilətlər alınıb. Rusiya qonşu dövlət olsa da, İngiltərdə idmanın bu növü çox sevilir. Son günlərdə əsasən yerli azarkeşlərin bilet almasını gözləyirik. Çünki əcnəbilər biletlərini əldə ediblər və artıq Azərbaycandadılar”.