18:57 17-06-2016
news_image
519
DİGƏR NÖVLƏR

“Formula-1”: Hamilton yenə birinci oldu

Bakıda təşkil edilən “Formula-1” üzrə Avropa Qran-prisində ikinci sərbəst yürüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, yürüşdə hər biri iki pilotdan ibarət 11 komanda iştirak edib.

 

“Mercedes”in pilotu Luis Hamilton ilk yürüşdə olduğu kimi, yenə ən yaxşı göstəriciyə imza atıb. 31 yaşlı idmançını ikinci sırada qərarlaşan komanda yoldaşı Niko Rosberq izləyib. Üçüncü pilləni “Force-İndia”nın pilotu Serxio Peres tutub.

 

"Williams"ın pilotu Valtteri Bottas 4-cü, “Force İndia”nın digər idmançısı Niko Halkenberq isə 5-ci yeri tutub.

 

Birinci test yürüşünü də Luis Hamilton ilk sırada tamamlamışdı.

 

Qeyd edək ki, sabah Qran-prinin sərbəst və sıralama yürüşü keçiriləcək.