18:00 18-06-2016
news_image
793
DİGƏR NÖVLƏR

“Formula-1”: Luis Hamilton qəza törətdi - FOTO

“Formula-1”in Bakıda keçirilən Avropa Qran-prisinin sıralama yarışında qəza baş verib. Apasport.az saytının məlumatına görə, “Mercedes”in pilotu Luis Hamilton qəza törədib.

 

Belə ki, ingiltərəli idmançı 10-cu döngənin çıxışında bolidini baryerə çırpıb.

 

Qeyd edək ki, dünən keçirilən birinci test yürüşündə “Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardo, bugünkü üçüncü sərbəst yürüşdə isə “Force İndia”nın idmançısı Serxio Peres idarəetməni itirərək, bolidi divara çırpmışdı.