15:03 19-06-2016
news_image
1935
DİGƏR NÖVLƏR

“Formula-1”: GP2 seriyasından son yarışın qalibləri məlum oldu

Bu gün Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, əsas yarışdan öncə GP2 pilotları sonuncu dəfə Bakı trekinə çıxıblar.

 

Belə ki, onlar “Formula 1”ə dəstək məqsədilə keçirilən yarışda ikinci yürüşlərini ediblər.

 

21 dövrədən və ya 120 kilometrdən ibarət yarışın qalibi "Prema Racing"dən Antonio Covinatsi olub. O, finişə 1:56,439 dəqiqəyə çatıb. Covinatsi dünənki yarışın da qalibi olmuşdu.

 

İkinci yeri onun komanda yoldaşı, ilk yarışda ilk 10-luğa düşə bilməyən Pyer Qasli ( 1:58,275) qazanıb.

 

Bir gün öncə ikinci olan Sergey Sirotkin isə bu dəfə üçüncülüklə kifayətlənib. ART komandasının üzvü 1:57,185 dəqiqəlik nəticə göstərib.

 

Qalibləri Bakı Şəhər Halqasının direktoru Arif Rəhimov və digər rəsmilər mükafatlandırıblar.