17:32 21-06-2016
news_image
693
DİGƏR NÖVLƏR

Bakıda Dünya Kubokunun açılış mərasimi keçirildi

Bakı Atıcılıq Mərkəzində Dünya Kubokunun rəsmi açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Avropa Atıcılıq Federasiyasının vitse-prezidenti Vladimir Lisin, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov çıxış ediblər.

 

Onlar çıxışlarında qeyd ediblər ki, bu cür mühüm yarışların Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafını yüksək səviyyədə olmağının sübutdu.

 

Ötən il ölkəmizdə təşkil olunan I Avropa Oyunlarında xidmətlərinə görə Lisin Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidentləri Rasim Rzayevlə Hafiz Cəfərovu, həmçinin dəfələrlə Azərbaycan çempionu olmuş Emin Cəfərovu xüsusi diplomlarla təltif edib.

 

Qeyd edək ki, iyunun 29-dək davam edək yarış Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin və “Qəbələ” Atıcılıq Klubunun dəstəyi ilə təşkil olunacaq.

 

Dünya Kubokuna 80 ölkədən 1013 idmançı, eləcə də, rəsmi qonaq və idman nümayəndəsi qatılacaq. 


Yarış İSSF-in rəsmi televiziya kanalı vasitəsilə dünyanın bir çox ölkələrdə canlı yayımlanacaq. Turnirin rəsmi sponsorları Azərbaycan Atıcılıq Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyini,  “Qəbələ” Atıcılıq Klubu, “Gilan Construction & Development”, “Qafqaznet”, “Milla”, “Fiji water”, “Aztexnika”, “Qatar Airways” və “Beretta”dı.

 

Bu ərəfədə yarışa qatılacaq millimizin heyətində də dəyişiklik edilib. Komandamız Dünya Kubokuna 23 snayperlə qatılmağı planlaşdırsa da, bu say son anda 28-ə qaldırılıb.

 

Yarış avqustun 6-14-də Rio-de-Janeyro Yay Olimpiya Oyunları ərəfəsində Dünya Kubokunun son mərhələsidi.


Sentyabrın 16-23-də “Qəbələ” Atıcılıq Klubunda Dünya Kubokunun final mərhələsi keçiriləcək. Bu, 2016-cı ildə Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında ən mühüm yarışlardan biri hesab olunur.