21:19 23-06-2016
news_image
7512
DÖYÜŞ NÖVLƏRİ

Kamran Şahsuvarlı uduzdu, Teymur Məmmədov yarımfinalda - YENİLƏNİB

Bakıda keçirilən boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində 1/4 final mərhələsinin görüşləri təşkil olunub. Apasport.az saytının məlumatına görə, yarımfinala gedən yolda Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

 

 

75 kq

Kamran Şahsuvarlı 1/4 finalda Mixael O Reilli (İrlandiya) ilə üz-üzə gəlib. Rioya lisenziya uğrunda gərgin keçən döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Lakin bu çəkidə ilk "beşlik" vəsiqə qazanacağından idmançımız şansını tam itirməyib.

 

81 kq

Olimpiya mükafatçımız Teymur Məmmədov da Rioya vəsiqənin bir addımlığındadı. O, növbəti dəfə Olimpiadada iştirak etmək üçün 1/4 finalda Hassan Saadanı (Mərakeş) mübarizədən kənarlaşdırmalı idi. Rəqib döyüşə çıxmaqdan imtina etdiyi üçün Məmmədov qalib elan olunub və yarımfinala adlayıb. Bununla idmançımız Rio Olimpiadasına vəsiqəni rəsmiləşdirib.

 

 

Qeyd edək ki, yarışda iştirak edən yığmamızın digər üzvü Rüfət Hüseynov (49 kq) da lisenziya şansını saxlayır. O, bunu rəsmiləşdirmək üçün iyunun 24-də olacaq yarımfinalda meksikalı Yoselito Velasquesi məğlub etməlidi.