14:22 22-06-2016
news_image
2941
TOP OYUNLARI

Azərbaycan yığması Türkiyə və Almaniya ilə eyni qrupa düşdü

Azərbaycan milliləri basketbolun 3X3 növü üzrə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində rəqiblərini tanıyıb. Basketbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, kişilərdən ibarət yığmamız A qrupuna düşüb.

 

Belə ki, Hollandiyanın Amsterdam şəhərlərində yarışacaq “9-luq” artıq 2 qrupa bölünüb və təqvimi açıqlanıb. Samit Nuruzadənin yetirmələri Almaniya, Serbiya, Türkiyə və Uelslə mübarizə aparacaqlar. Komandamız ilk oyun günündə iyulun 1-də 3, ertəsi gün 1 oyun keçirəcək.

 

B qrupunda Hollandiya, Rusiya, Slovakiya və İsveçrə basketbolçuları güclərini yoxlayacaqlar.

 

Digər komandalar isə Fransa və Andorrada münasibətlərinə aydınlıq gətirəcəklər. Final mərhələsinə hər ölkədən 4 komanda yüksələcək. Həlledici oyunlar sentyabrın 2-dən 4-nə kimi Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.

 

Yarışın təqvimi aşağıdakı kimidi:

 

A qrupu

B qrupu

Azərbaycan

Hollandiya 

Almaniya

Rusiya

Serbiya

Slovakiya

Türkiyə

İsveçrə

Uels

 

 

1 iyul

11:00. Almaniya - Azərbaycan

15:30. Azərbaycan - Uels

17:30. Serbiya - Azərbaycan

 

2 iyul

10:40. Azərbaycan - Türkiyə

 

Qadınlardan ibarət yığmamız isə Fransanın Puatye şəhərində oynayacaq. Onlar da A qrupunda yer alıblar. Rəqiblərimiz İtaliya, Rusiya və Slovakiya basketbolçuları olacaq. Buradan 3 yığma finala yüksələcək.  

 

 Fransa (qadınlar)

 

A qrupu

B qrupu

Azərbaycan

Fransa

İtaliya

Latviya

Rusiya

İspaniya

Slovakiya

Türkiyə

 

1 iyul

14:30. İtaliya - Azərbaycan

16:00. Azərbaycan - Slovakiya 

 

2 iyul

12:30. Rusiya - Azərbaycan 

 

Qeyd edək ki, bir qədər öncə Samit Nuruzadə Avropa çempionatında güvənəcəyi basketbolçuların adlarını açıqlayıb. O, yarışda Amil Həmzəyev, Zaur Paşayev, Marşall Mozes və David Barbakadzeyə şans verəcək.