15:09 22-06-2016
news_image
605
TOP OYUNLARI

“Məqsəd ölkəmizi dünya Qran-prisində təmsil etməkdi” - Odina Bayramova

“Qrup oyunlarından çıxış etdikdən sonra Bakıya qayıtmışıq. Növbəti görüşlər üçün gərgin məşqlərimizi davam etdirik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Odina Bayramova deyib.

 

Yığmamızın kapitanı Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində Yunanıstanla oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, iyunun 25-də və 26-da Bakıda olacaq görüşlərdə yalnız qələbə üçün meydana çıxacaqlar: “Məqsədimiz finala yüksəlməkdi. Yunanıstan komandası ilə hər iki oyunu evdə oynayacağıq. Çalışacağıq ki, bu matçları qələbə ilə başa vuraq. Məqsəd ölkəmizi dünya Qran-prisində təmsil etməkdi”.