09:31 23-06-2016
news_image
482
TOP OYUNLARI

Slovakiya ilk matçı qazandı

Qadın voleybolçular arasında Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, baş tutan yeganə oyunda Sloveniya Slovakiyanı qəbul edib.

 

Görüş qonaqların 3:2 (25:16; 18:25; 24:26; 25:17; 15:12) hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu iyunun 26-da olacaq.

 

Digər yarımfinal cütündə isə Azərbaycan millisi Yunanıstanla qarşılaşacaq. İyunun 25-nə və 26-na təsadüf edəcək görüşlər Bakıda olacaq.