19:31 24-06-2016
news_image
6362
DÖYÜŞ NÖVLƏRİ

Rüfət Hüseynov Rioya lisenziya qazandı! - YENİLƏNİB

Bakıda təşkil olunan boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində bu gün yarımfinal döyüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, rinqə çıxanlar arasında Azərbaycan millisinin 2 üzvü də olub.

 

Həmyerlimiz Rüfət Hüseynov qələbə qazanaraq Rio lisenziyasına sahib çıxıb. Artıq bu hüquqa yiyələnən Teymur Məmmədov üçün formal xarakter daşıyan qarşılaşma keçirilmədən Olimpiya mükafatçımız qalib elan olunub.

 

49 kq

 

Rüfət Hüseynov üçün yarımfinal döyüşü xüsusi əhəmiyyət kəsb edirdi. Çünki bu çəki dərəcəsində yalnız finalçılar Rioda iştirak hüququna yiyələnəcəklər. Meksikalı Yoselito Velasqueslə qarşılaşan həmyerlimiz 2:1 hesablı qələbə qazanaraq finala çıxıb. Bununla da o, Rio Olimpiadasında Azərbaycanı təmsil etməyə haqq qazanıb.

 

81 kq

 

Teymur Məmmədov rusiyalı Pyotr Xamukovla üz-üzə gəlməli olsa da, döyüş baş tutmayacaq. 1/4 finalda qalib gəlməklə, Braziliyaya bilet sifariş edən boksçuların deulinin anınmamasına həmyerlimizin rəqibinin tibbi baxışdan keçə bilməməsi səbəb olub.

 

Qeyd edək ki, yığmamızın digər üzvü Kamran Şahsuvarlı (75 kq) 1/4 finalda uduzsa da, lisenziya şansını qoruyur.