00:24 25-06-2016
news_image

Avropa çempionatında daha iki medal

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandamız yarışın ikinci günü aktivinə daha 2 medal yazdırıb.

 

60 kq çəki dərəcəsində çıxış edən Vüqar Hüseynov bütün rəqblərindən üstün olaraq qızıl medal qazanıb.

 

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Müşviq Cəfərov isə gümüş medala sahib olub.

 

Xatırladaq ki, Avropa çempionatının ilk günündə Fərhad Rəcəbli (90 kq) qızıl medal qazanıb.