20:08 25-06-2016
news_image
3911
TOP OYUNLARI

Millimiz finala yaxınlaşdı - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Avropa Liqasının ilk yarımfinal görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə matçında qrup mərhələsini lider kimi başa vuran Azərbaycan yığması ən yaxşı ikinci yerin sahibi Yunanıstanla qüvvəsini sınayıb.

 

Tarixində ilk dəfə bu mərhələyə yüksələn Faiq Qarayevin yetirmələri ilk matçdan inamlı qələbə ilə ayrılıb. Rəqibinə sadəcə bir set verən millimiz 3:1 hesablı qələbə qazanaraq cavab matçı öncəsi üstünlük əldə edib.

 

Qeyd edək ki, ikinci oyun sabah saat 18:00-da keçiriləcək.

 

 

Avropa Liqası, yarımfinal

 

Yunanıstan – Azərbaycan - 1:3 (23:25, 21:25, 25:23, 19:25)

Hakimlər: Nenad Davidoviç (Serbiya), İlaria Vanyi (İtaliya)

Bakı. “Azərreyl” Voleybol Bazası