13:59 26-06-2016
news_image

Cüdoçularımız federasiya kubokunu qazandı

Bu gün Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda komanda turniri keçirilib. Federasiyadan apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan, Rusiya və Gürcüstan milli komandaları iştirak edib.

 

Turnirin reqlamentinə əsasən 4 komanda – Azərbaycan - 1, Azərbaycan - 2, Rusiya və Gürcüstan komandasının cüdoçuları kubok uğrunda mübarizə aparıb.

 

Azərbaycan - 1 komandasında millimizin əsas heyətində çıxış edən, Azərbaycan - 2 komandasında isə ehtiyat heyətində olan cüdoçular yarışıb.

 

Maraqlı və gərgin idman mübarizəsi şəraitindən keçən turnirin yekununda qalib komandalar mükafatlandırılıb.

 

Azərbaycan Cüdo Federasiyasının kuboku uğrunda komanda turnirində birinci yerə Azərbaycan – 1, ikinci yerə Gürcüstan və üçüncü yerə Rusiya komandası layiq görülüb.