11:01 27-06-2016
news_image
598
TOP OYUNLARI

Millimizin oyunlarını idarə edəcək hakimlər açıqlandı

Qadın voleybolçular arasında Avropa Liqasının final mərhələsində çıxış edəcək Azərbaycan millisinin matçlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) iyunun 30-da səfərdə baş tutacaq ilk görüşə serb və macar hakimləri təyin edib.

 

Slovakiya ilə çempionluq üçün mübarizə aparacaq millimizin oyununda Mirko Yankoviç və Eva Tibor əsas söz sahibləri olacaqlar.

 

İyulun 3-də Bakıda olacaq ikinci qarşılaşmada isə Giorgio Gnani (İtaliya) və Elena Qeldof (Hollandiya) referilik edəcəklər.