00:39 27-06-2016
news_image

Millimiz Xorvatiyada 3-cü oldu - FOTOSESSİYA

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına yekun vurulub. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandamızın çempionatda 30-40 yaş arası mübarizə aparan cüdoçuları komanda hesabında 3-cü yeri tutublar.

 

Xatırladaq ki, Avropa çempionatın Azərbaycanı təmsil edən Vüqar Hüseynov (60 kq), Vüqar Budaqov (73 kq), Fərhad Rəcəbli, Zaur Bağırov (+100 kq) və Zülfiyyə Hüseynova (70 kq) qızıl, Müşfiq Cəfərov (73 kq) gümüş və Zaur Paşayev (100 kq) bürünc qazanıb.

 

Qeyd edək ki, 38 ölkədən 813 idmançının (702 kişi, 111 qadın) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunurdu.