10:45 27-06-2016
news_image
3440
TOP OYUNLARI

Avropa Liqası: Kubok Bakıda öz sahibini tapacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqasının final mərhələsindəki oyunların tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yarımfinalda Yunanıstan yığmasını məğlub edən Faiq Qarayevin yetirmələri Slovakiya ilə ilk qarşılaşmanı səfərdə keçirəcəklər.

 

Oyun iyunun 30-na təsadüf edəcək. Cavab matçı isə iyulun 3-də Bakıda olacaq. Bu isə o deməkdi ki, Avropa Liqasının kuboku Azərbaycanda öz sahibini tapacaq.

 

Qeyd edək ki, hələlik görüşlərin başlama saatı açıqlanmayıb.