12:04 27-06-2016
news_image
628
TOP OYUNLARI

“Nəticədən razı, oyundan naraziyam” – Odina Bayramova

“Nəticədən razı qaldım. Çünki artıq finaldayıq. Ancaq eyni sözləri oyunumuz haqda deyə bilmərəm. Məğlub olduğumuz ikinci setdə çox pis çıxış etdik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Odina Bayramova deyib.

 

Yığmamızın kapitanı Avropa Liqasının yarımfinal mərhələsində Yunanıstanla oyunu şərh edib. O, 3:1 hesabı ilə qalib gəldiyimiz görüşün ikinci setində 9:25 hesablı məğlubiyyəti pis çıxışları ilə əlaqələndirib.

 

Lakin yeni mövsümdə Türkiyənin “Halkbank” klubunda çıxış edəcək Bayramova qarşıya qoyduqları hədəfə çatdıqları üçün sevincini də gizlətməyib: “Əsas odu ki, qarşılaşmada qalib gəldik. İndi finala hazırlaşmalıyıq. Məqsədimiz yarışın qalibi olub, gələn il keçiriləcək dünya Qran-prisinə yüksəlməkdi”.

 

Qeyd edək ki, yarımfinal mərhələsində hər 2 görüşdə Yunanıstana 3:1 hesabı ilə qalib gələn komandamız finalda Slovakiya ilə üz-üzə gələcək.