14:11 27-06-2016
news_image
863
TOP OYUNLARI

“Fəxri kürsünün ən yüksək pilləsinə qalxacağıq” - Valeriya Məmmədova

“Artıq diqqətimi finala yönəltmişəm. Slovakiya çox yaxşı çıxış edir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Valeriya Məmmədova deyib.

 

Yığmamızın liberosu Avropa Liqasının final mərhələsi barədə fikirlərini açıqlayıb. O bildirib ki, həlledici matçda Slovakiyaya qarşı yaxşı oynayıb, çempion olmaq arzusundadı: “Komandamızda top qəbulunda bir qədər problemlərimiz vardı. Çalışacağıq ki, bu çatışmazlıqları aradan qaldıraq və finalda daha yaxşı oynayaq. Yarışı qazanmaq üçün bütün imkanlara malikik. Düşünürəm ki, yekunda fəxri kürsünün ən yüksək pilləsinə qalxacağıq”.

 

Qeyd edək ki, Slovakiya ilə ilk oyun iyunun 30-da səfərdə, cavab görüşü iyulun 3-də Bakıda keçiriləcək.