17:48 27-06-2016
news_image
638
TOP OYUNLARI

“Ümid edirəm ki, Slovakiyaya qalib gələcəyik” - Polina Rəhimova

“Finala vəsiqə qazandığımız üçün çox şadam. Doğma divarlar arasında oynasaq da, görüşlər ağır keçdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova deyib.

 

26 yaşlı hücumçu Avropa Liqasının yarımfinal mərhələsində Yunanıstanla oyunları dəyərləndirib. O bildirib ki, ardıcıl 2 qarşılaşmadan sonra bir qədər yorulsalar da, Slovakiya ilə final matçlarına kimi lazım olan formanı yığacaqlar: “Qısa istirahətdən sonra final mərhələsinə hazırlaşacağıq. İlk oyun Slovakiyada olacaq. Ümid edirəm ki, səfərdə, ardınca da Bakıda qələbə qazanacağıq. Məqsədimiz gələn il keçiriləcək Dünya Qran-prisində iştirakdı. Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm”.

 

Qeyd edək ki, yığmamız Yunanıstana hər 2 qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib. Slovakiya ilə final mərhələsinin ilk oyunu iyunun 30-da səfərdə, cavab matçı isə iyulun 3-da evdə olacaq.