11:26 28-06-2016
news_image
625
TOP OYUNLARI

Buffon: Noyer məndən güclüdü

İtaliya yığmasının kapitanı Canluici Buffon AÇ-2016-nın ¼ finalında Almaniya ilə keçirəcəkləri oyun haqda danışıb. Apasport.az saytının məlumatına görə, 38 yaşlı qolkiper Bundestimdəki həmkarı Manuel Noyerlə bağlı da fikirlərini bildirib.

 

Buffon əvvəlcə Almaniya ilə baş tutacaq qarşılaşma barədə danışıb: “Konsentrasiyanı həmişə qoruyub saxlamalıyam. Yalnız bu yolla komanda yoldaşlarımı da yüksək əhval-ruhiyyədə saxlaya bilirəm. İtaliya yığmasında böyük arzusu olanlar oynayır. Onlar meydanda bütün güclərini qoyurlar. Ümid edirəm ki, Almaniya ilə matçda da azarkeşlərimizi sevindirə biləcəyik. Çox çətin oyun olacaq. Kağız üzərində favorit onlardı”.

 

Manuel Noyer barədə də fikirlərini bölüşən təcrübəli qolkiper səmimi açıqlaması ilə diqqət çəkib: “Kim güclüdü – mən, yoxs Noyer? Əlbəttə, Manuel. O, məndən cavandı və çox güclü qapıçıdı. Yaşımla əlaqədar, bəzi qolkiperlərlə rəqabət aparmaq mənə çətindi. Ancaq “Yuventus”un və İtaliya millisinin formasını geyindimsə, yüksək səviyyədə çıxış etməyə çalışıram. Yaxşı karyeram olub. Amma son sözümü hələ deməmişəm”.