11:31 28-06-2016
news_image
669
TOP OYUNLARI

“Qəsdən Azərbaycanla düşmək istəyirdim” - “Lokomotiv”in borclu olduğu voleybolçu

“Finala güclü komandalar çıxır. İlk oyunu öz meydanımızda keçirəcəyik və çalışacağıq ki, bundan yaralanaq. Hər şey öz əlimizdədi”. Apasport.az saytının məlumatına görə, bunu Slovakiya millisinin voleybolçusu Yaroslava Pencova deyib.

 

26 yaşlı blokçu Avropa Liqasının final mərhələsində Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. Son mövsümü “Lokomotiv”də keçirən və Bakı klubundan hələ də əmək haqqını ala bilməyən Pencova bildirib ki, hədəfləri çempion olmaqdı: “Düzdü, Azərbaycan təhlükəli rəqibdi. Mən qəsdən onlarla düşmək istəyirdim. Çünki ötən mövsümü orada keçirmişəm. İstəyirik ki, evdə inamlı qələbə qazanıb, səfərə rahat yollanaq”.

 

Qeyd edək ki, iyunun 30-da millimizi qəbul edəcək slovaklar iyulun 3-də Bakıda oynayacaqlar.