15:22 28-06-2016
news_image
619
TOP OYUNLARI

Millimizin Avropa çempionatı üçün “dördlüyü”

Basketbolun 3X3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Tatyana Slojenitsina Avropa çempionatının seçmə mərhələsində güvənəcəyi “dördlüy”ü müəyyənləşdirib.

 

O, Fransanın Puatye şəhərində baş tutacaq seçmə mərhələdə Dina Ulyanova, Tatyana Deniskina, Marsedes Uolker və Molenhauer Aleksandraya şans verəcək.

 

Qeyd edək ki, A qrupunda yer alan millimiz İtaliya, Rusiya və Slovakiya basketbolçuları ilə qarşılaşacaqlar. B qrupunda isə Fransa, Latviya, İspaniya və Türkiyə yığmaları yer alıb. İyulun 1-2-də baş tutacaq oyunların nəticəsinə əsasən 3 komanda finala yüksələcək.