18:47 28-06-2016
news_image
425
TOP OYUNLARI

Millimiz Türkmənistana qalib gəldi

Azərbaycan millisi (U-16) “Xəzər Basketbol Liqa”sında növbəti oyunlarını keçirib. Apasport.az saytının məlumatına görə, Samit Nuruzadənin rəhbərlik etdiyi komanda Qazaxıstanın Atırau şəhərində təşkil olunan II tur çərçivəsində 3 görüş keçirib.

 

Basketbolçularımız bunlardan birində qələbə qazanın, ikisində məğlub olub.

 

II tur

Azərbaycan – “Fortuna” (Rusiya) - 49:76

Azərbaycan - Türkmənistan - 50:44

Azərbaycan – Atırau - 59:70

 

Millimiz, həmçinin Qazaxıstanın U-18 yığması və Atıraunun 2001-ci il təvəllüdlülərdən təşkil olunan komandası ilə iki yoldaşlıq görüşü keçirib.

 

Qeyd edək ki, bu oyunlardan sonra yığmamız turnir cədvəlində 2-ci yerdə qərarlaşıb.