13:50 30-06-2016
news_image
678
TOP OYUNLARI

Beyl Ronaldodan çox maaş alacaq

Madrid “Real”ının rəhbərliyi AÇ-2016-da özünü yaxşı tərəfdən göstərən Qaret Beyllə yeni müqavilə imzalayacaq. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu” uelsli yarımmüdafiəçi ilə danışıqlara başlayıb.

 

“Real” rəsmiləri hazırda yeni sözləşməni hazırlayırlar. Danışıqların müsbət nəticələnəcəyi gözlənilir. Belə olan halda, Beyl iyulda “Real”la yeni müqaviləyə qol çəkəcək.

 

“Qalaktikos” 27 yaşlı futbolçunun maaşını artıracaq. Belə ki, hazırda həftədə 378 min avro məvacib alan Beyl yeni sazişi imzaladıqdan sonra 50 min avro qazanacaq. Bununla da, o, Kriştianu Ronaldonu qabaqlayaraq, “Real”ın ən çox maaş alan futbolçusu olacaq.

 

Qeyd edək ki, “Real”a 2013-cü ildə “Tottenhem”dən transfer olunan Beyl bu komandanın heyətində 123 oyunda 58 qola imza atıb.