14:10 30-06-2016
news_image
623
DİGƏR NÖVLƏR

Millimiz Monqolustana yollanır

Sabah Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-pri yarışı start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışa Azərbaycan yığması da qatılacaq.

 

Komandamızın baş məşqçisi yarışda Davud Məmmədsoy, Rasim Əlməmmədov (hər ikisi 60 kq), Vüqar Şirinli (66 kq), Telman Vəliyev, Fəqan Quluzadə (hər ikisi 73 kq), Əbdulhəqq Rəsullu (81 kq), Firudin Dadaşov, Vasif Şərbətli (hər ikisi 90 kq) və Zelim Kotsoyevə (100 kq) şans verəcək.

 

Yarışa ümumilikdə 13 ölkədən 134 cüdoçu qatılacaq.