10:21 01-07-2016
news_image
608
TOP OYUNLARI

“İkinci qarşılaşmada hər şey ola bilər” – FOTO

“Slovakiya yığması yaxşı oynadı. Komandanın baş məşqçisi Marek Roykonun komanda ilə böyük iş gördüyünü qeyd etməliyəm”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Yana Kulan deyib.

 

Milliləşdirilmiş hücumçu Avropa Liqasının final mərhələsində Slovakiya ilə keçirilən ilk görüşü dəyərləndirib. Əslən bu ölkədən olan Kulan bildirib ki, 3:1 hesablı qələbə onları arxayın salmamalıdı: “Gələn il biz Avropa çempionatını qəbul edəcəyik. Bu səbəbdən də evdə keçirilən yarışa gedən yolda Avropa Liqasının çempionu olmaq istəyirik. İlk görüşdə də qalib gəlmək üçün mümkün olan hər şeyi etdik və istəyimizə çatdıq. Motivasiyamız çox güclüdü. Lakin rəqib də güclü komandaya malikdi. İkinci qarşılaşmada hər şey ola bilər. Slovakiya asanlıqla təslim olmayacaq”.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 3-də Bakıda olacaq.