15:28 02-07-2016
news_image
631
TOP OYUNLARI

Millimiz Rusiya ilə bacarmadı

Qadınlardan ibarət Azərbaycan millisi basketbolun 3X3 növü üzrə Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Fransanın Puatye şəhərində qüvvəsini sınayan yığmamız qrupdakı son matçında Rusiya ilə üz-üzə gəlib.

 

Tatyana Slojenitsinanın başçılıq etdiyi komanda bu oyunda 14:16 hesabı ilə uduzub. Dina Ulyanova, Tatyana Deniskina, Marsedes Uolker və Molenhauer Aleksandradan ibarət “dördlük” qrup mərhələsini 1 qələbə ilə başa vurub.

 

Qeyd edək ki, millimiz ilk oyun günündə İtaliyanı 21:19 hesabı ilə məğlub edib, Slovakiyaya 14:16 hesabı ilə uduzmuşdu.