19:05 02-07-2016
news_image

Cüdoçularımızdan daha bir medal

Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə Qran-Pri yarışı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

 

73 kq çəki dərəcəsində çıxış edən Fəqan Quluzadə 1/4 finalda Çin idmançısı Yandelixey Ba üzərində qələbə qazanıb. Lakin Quluzadə yarımfinalda monqolustanlı Batgerel Battsetseqə uduzub.

 

Eyni çəkidə mübarizə aparan digər təmsilçimiz Telman Vəliyev rusiyalı Leo Foqelə uduzaraq təsəlliverici görüşə qatılıb. O, qazaxıstanlı Nurlan Orazalinlə qarşılaşmadan qalib ayrılıb.

 

Bürünc medal uğrunda görüşdə Quluzadə və Vəliyev üz-üzə gəlib. Azərbaycan duelinin qalibi Fəqan Quluzadə olub. Telman Vəliyev 5-ci yerlə kifayətlənib.

 

81 kq çəki dərəcəsində mübarizə aparan Afiq Səfərli isə 3-cü yer uğrunda görüşdə cənubi koreyalı Von Yun Yunqa uduzaraq Qran-Pridə 5-ci yeri tutub.

 

Xatırladaq ki, yarışın ilk günündə Davud Məmmədov 60 kq çəki dərəcəsində bürünc medal qazanıb.

 

Qeyd edək ki, 13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı Qran-Pridə Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunur.