09:20 04-07-2016
news_image
1811
TOP OYUNLARI

“Ən çox xoşuma o gəldi ki...” - Faiq Qarayev

“Çox şadam ki, heyətində bu qədər gənc voleybolçu olan komandam çempion oldu”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev deyib.

 

Təcrübəli mütəxəssis yığmamızın Avropa Liqasının qalibi olmasını şərh edib. Onun sözlərinə görə, final mərhələsində Slovakiya üzərində inamlı qələbə qazanan komandamızı qarşıda daha ciddi yarışlar gözləyir: “Hamı bizdən ötən il Bakıdakı Avropa Oyunlarında qələbə gözləyirdi. Orada Türkiyəyə uduzmağımız bizə mənfi təsirini göstərdi. Lakin bu idmandı, hər şey ola bilər. Bu dəfə isə Avropa Liqasında 10 oyun keçirib, hamısında qalib gəldik. Qarşılaşmalarının 70-80 faizini evdən kənarda keçirdik. Amma bu amil bizim oyuna və nəticələrə təsir etmədi. Ən çox xoşuma o gəldi ki, komandam ölkə xaricində çıxış edəndə də tamamilə oyuna köklənmiş olurdu. Gələn il bizim bir sıra vacib yarışlarımız var. Xüsusilə də, Bakıda keçirilən Avropa çempionatı və İslam Həmrəyliyi Oyunları. Biz həmin turnirlərə tam hazır olmalıyıq. Çünki daha güclü komandalarla qarşılaşacağıq və üzərimizdə evdə oynamaq məsuliyyətimiz var”.