10:30 04-07-2016
news_image
846
TOP OYUNLARI

6 nominasiyadan üçünün qalibi – Azərbaycan

Qadın voleybolçular arasında Avropa Liqasının yekun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, 6 nominasiyadan 3-ün qalibi adını Azərbaycan millisinin oyunçuları qazanıb.

 

Final mərhələsində Slovakiyanı məğlub edərək çempion olan heyətimizdə Polina Rəhimova və Yana Kulan bütün rəqiblərini qabaqlayıb. Belə ki, Rəhimova ən çox xal toplamaqla yanaşı, ən yaxşı hücumçu nominasiyasında da birinci olub. Kulan isə eyslə ən çox xal yığıb. Düzdü, o, topu oyuna daxil etməkdə komandamıza Polina kimi 22 dəfə mübarizəsiz xal qazandırıb. Lakin Yana digər təmsilçimizdən az oyuna çıxdığı üçün liderliyi ələ alıb.

 

Onlardan fərqli, top qəbulunda Valeriya Məmmədova və toppaylayıcıların yarışında Şəfaqət Həbibova ilk “üçlük”də yer alıb.

 

 

 Ən çox xal toplayanlar

 

Ölkə

Oyun sayı

Set sayı

Topladığı xal

1. Polina Rəhmova

Azərbaycan

10

31

163

2. Erblira Biçi

Albaniya

6

27

122

3. Yaroslava Pencova

Slovakiya

9

36

121

 

Ən yaxşı blokçular

 

Ölkə

Oyun sayı

Set sayı

Topladığı xal

1. Yaroslava Pencova

Slovakiya

9

36

38

2. Ana Otoseviç

Monteneqro

6

22

23

3. Tina Qrudina

Sloveniya

8

28

23

...9. Olena Həsənova

Azərbaycan

9

26

17



Ən yaxşı top qəbul edənlər

 

Ölkə

Oyun sayı

Set sayı

Düzgün qəbul (faizlə)

1. Elena Kazaute

Fransa

6

26

35,58

2. Valeriya Məmmədova

Azərbaycan

10

35

35,27

3. Miroslava Kuçiakova

Slovakiya

10

28

32,03


Topu oyuna ən yaxşı daxil edənlər

 

Ölkə

Oyun sayı

Set sayı

Topladığı xal

1. Yana Kulan

Azərbaycan

8

28

22

2. Polina Rəhimova

Azərbaycan

10

31

22

3. Mixaela Abrhamova

Slovakiya

10

28

20

 

Ən yaxşı toppaylayıcılar

 

Ölkə

Oyun sayı

Set sayı

Əla ötürmə (faizlə)

1. Evgeniya Milivoyeviç

Monteneqro

3

10

45,90

2. Sara Naydiç

Sloveniya

8

28

28,14

3. Şəfaqət Həbibova

Azərbaycan

7

25

37,89

 

 Ən yaxşı hücumçu (hücumda qazanılan xallara görə)

 

Ölkə

Oyun sayı

Set sayı

Xal

1. Polina Rəhimova

Azərbaycan

10

31

124

2. Erblira Biçi

Albaniya

6

27

96

3. Elena Kazaute

Fransa

6

26

93