11:36 04-07-2016
news_image
1051
STOLÜSTÜ OYUNLAR

Millimizin üzvləri hazırlıq və hədəfdən danışdılar - VİDEO

Bakı Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycanın ikinci komandası ilk təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının xəbərinə görə, təlim-məşq toplanışına 6 şahmatçı - Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub. Şahmatçılar hazırlıq barədə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə danışıb. 

Qeyd edək ki, paytaxtdakı ilk hazırlıq İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi altında keçirilib.