14:08 04-07-2016
news_image
1042
TOP OYUNLARI

Yığmanın üzvləri zorlamada ittiham edilir - FOTO

Kişi voleybolçulardan ibarət Kuba yığması xoşagəlməz hadisə ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Finlandiyada Dünya Liqasında iştirak edən mərkəzi amerikalılar yerli polis tərəfindən saxlanılıblar.

 

Buna səbəb kimi Kubanın 8 voleybolçusunun zorlamada günahlandırılması göstərilir. “Lenta.ru”nun yaydığı məlumatda bildirilir ki, yığma üzvləri Tampere şəhərinin otelində qızlara təcavüz ediblər.

 

3 voleybolçu iyulun 2-də saxlanılıb. Digər 5 kubalı isə dünən Portuqaliya ilə keçirilən oyundan (3:2) sonra polis bölməsinə aparılıb.

 

Polis vurğulayıb ki, yığma oyunçuları qızlara qarşı zor tətbiq edib və məhz zorlananların şikayəti əsasında araşdırmaya başlanılıb. Hələ ki, bəzi məqamlar açıqlanmır.