09:24 05-07-2016
news_image

Mükafatçılar Vətənə qayıtdılar - FOTOSESSİYA

Finlandiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız Vətənə dönüblər. Apasport.az saytının məlumatına görə, mötəbər turnirdə 3 medal qazanmış milli komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.

 

Qeyd edək ki, Avropa çempionatında cüdoçularımızdan Rövşən Əliyev (50 kq), Əhməd Yusifov (55 kq) qızıl, Raşxan Baxşəliyev (50 kq) isə bürünc medala sahib olublar.