11:17 05-07-2016
news_image
488
DİGƏR NÖVLƏR

Türkiyədə ən yaxşı nəticə - 4-cü yer

Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, kişi idmançıların yarışında ölkəmizi Murad Ağarzayev və Daniel Lukas təmsil edib.

  

Böyüklər arasında ilk dəfə çıxış edən Ağarzayev dəstəli at üzərində finalda 4-cü, sərbəst hərəkətlərdə 5-ci, turnik üzərində 6-cı, dayaqlı tullanmada 7-ci, parallel qollar və halqalar üzərində hərəkətlərdə isə 8-ci nəticəni göstərib.

 

Lukas isə dayaqlı tullanma üzrə finalda 5-ci yerdə qərarlaşıb.