18:47 05-07-2016
news_image
897
TOP OYUNLARI

Azərbaycan çempionatında İran komandası

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qadınlar və kişilər arasında keçiriləcək yarış iyulun 9-10-da olacaq.

 

Çempionat Pirşağıda yerləşən idman bazasında baş tutacaq. Yarışda Azərbaycan klubları ilə yanaşı, əcnəbi voleybolçular da güclərini yoxlayacaq. Belə ki, açıq Azərbaycan çempionatında kişilərin mübarizəsində artıq İran komandasının qüvvəsini sınayacağı dəqiqləşib.

 

Qeyd edək ki, digər əcnəbilərdən təşkil olunacaq cütlüklərin iştirakı da istisna deyil.