14:37 08-07-2016
news_image

Millimizin Rusiyaya yollanacaq heyəti açıqlandı

İyulun 16-17-də Rusiyanın Tümen şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışa Azərbaycan millisi də qatılacaq.

 

Yığmamız qonşu ölkəyə 10 cüdoçu ilə yollanacaq. Baş məşqçi Peter Zayzenbaher Tümendə İlqar Müşkiyev, Davud Məmmədsoy (hər ikisi 60 kq), Vüqar Şirinli, İsgəndər Talışinski (hər ikisi 66 kq), Fəqan Quluzadə, Telman Vəliyev (hər ikisi 73 kq), Afiq Səfərli (81 kq), Firudin Dadaşov, Vasif Şərbətli (hər ikisi 90 kq) və Cəlil Şükürovu (100 kq) sınayacaq.

 

Yarışda ümumilikdə 30 ölkədən 135 idmançı gücünü yoxlayacaq.