15:23 08-07-2016
news_image
1193
DİGƏR NÖVLƏR

Dalğıclar Federasiyasının prezidenti suda boğuldu - FOTO

Gürcüstan Milli Dalğıclar Federasiyasının prezidenti Elquca Camrişvili suda boğulub. Apasport.az saytının məlumatına görə, o, Abaşistskali çayında batmış yeniyetmənin axtarışları zamanı peşəsinin qurbanı olub.

 

Belə ki, çayda axtarışları davam etdirən xilasedicilər nə onun, nə də yeniyetmənin meyitini tapa bilmirlər. Dünəndən davam edən əməliyyatı hava şəraiti daha da çətinə salıb.

 

Axtarışda Fövqəladə Vəziyyət İdarəsinin əməkdaşları və xilasedicilər iştirak edirlər.