18:15 08-07-2016
news_image
987
STOLÜSTÜ OYUNLAR

Millimiz Ermənistan yığmasına qalib gəldi - FOTOSESSİYA

Xorvatiyanın Zaqreb şəhərində stolüstü tennis üzrə yeniyetmələr və gənclərin Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, iyulun 17-dək davam edəcək çempionat Azərbaycan millisi üçün uğurla başlayıb.

 

İlk oyunda Ermənistan yığması ilə qarşılaşan oğlanlardan ibarət millimiz 3:0 hesabı ilə qalib gəlib. Komandamızın öz qrupunda növbəti rəqibləri Estoniya və İsrail komandaları olacaq.

 

İlk görüşlər qızlardan ibarət millimiz üçün də uğurlu olub. Lüksemburq və Avstriya komandalarına 3:0 hesabı ilə qalib gələn yığmamız növbəti oyunlarını Bosniya-Herseqovina, Avstriya və İspaniyaya qarşı keçirəcək.