10:37 09-07-2016
news_image
621
TOP OYUNLARI

Bombardirlər yarışının üçüncüsü

18 yaşadək basketbolçu oğlanlar arasında Avropa çempionatının C divizionunda keçirilən Azərbaycan – Andorra matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 59:69 hesabı ilə uduzan yığmamızın ən məhsuldar oyunçusu Endar Poladxanlı olub.

 

O, komandamıza 24 xal qazandırmağı bacarıb. Andorra ilə görüşün ən yaxşısı olan Poladxanlı ilk turdan sonra yarışın bombardirləri siyahısında 3-cü pillədə qərarlaşıb.

 

Əkbər Məmmədovun qazancı isə 18 xal olub. Nicat Məmmədli və Georgi Keynaşvili hərəyə 6 xal əldə edib. Elşad Şirzadov 3, Ömər Əhmədzadə 2 xalla yığmamızın hesabına töhfə verib.