15:45 12-07-2016
news_image
2554
DİGƏR NÖVLƏR

Bastian Şvaynştayger Ana İvanoviçlə evləndi - FOTO - VİDEO

Bu gün “Mançester Yunayted” klubunun və Almaniya yığmasının futbolçusu Bastian Şvaynştayger üçün əlamətdar gündü. Apasport.az saytı “Bild” nəşrinə istinadən xəbər verir ki, Venetsiya şəhərində 32 yaşlı yarımmüdafiəçinin toyu keçirilir.

 

Serbiyalı tennisçi Ana İvanoviçlə ailə həyatı quran Şvaynştayger toyunu İtaliyada etməyi lazım bilib. Mərasim 7 ulduzlu oteldə keçirilib.

 

Toyda Almaniya yığmasının baş məşqçisi Yoahim Löv, “Bavariya” klubunun sabiq prezidenti Uli Höness və futbolçu Tomas Müllerin iştirak etdiyi bildirilir.

 

Toyun gedişində cütlük motorlu qayığa əyləşərək, gözdən itib.