16:08 12-07-2016
news_image
601
TOP OYUNLARI

Yığmamızın qatılacağı turnirin tarixi bəlli oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin qatılacağı “Boris Yeltsin Kuboku”nun tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrda təşkil olunacağı öncədən bəlli olan yarış ayın 19-da start götürüb, 24-dək davam edəcək.

 

Bunu yarışın təşkilatçısı olan “Uraloçka” klubunun baş direktoru Valentina Oqienko açıqlayıb. O bildirib ki, turnir üçün təqvimdə də yer ayrılıb: “Olimpiya ili olduğundan təqvim çox sıxdı və turnirin yayda keçirilməsi mümkün deyil. Lakin təqvimdə sentyabrın 19-dan 24-dək “pəncərə” var. Bu da məhz bizim yarış üçün saxlanılıb. Elə biz də turniri bu müddətdə keçirəcəyik. Lakin iştirakçıların sayı tam dəqiqləşməyib. Dominikan Respublikası, Azərbaycan milliləri yarışa qatılacaq. Rusiya yığmasının adı altında isə “Uraloçka” çıxış edəcək. Bir aya bütün məsələlər tam aydınlaşacaq”.

 

Qeyd edək ki, 2003-cü ildən ənənəvi keçirilən yarışa 6 dəfə qatılan millimiz 2 dəfə bürünc mükafatçı olub.