11:22 16-07-2016
news_image
617
TOP OYUNLARI

Bombardirimiz ən yaxşılar arasında - FOTO

18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın ən məhsuldar oyunçusu Endar Poladxanlı keçirdiyi 5 qarşılaşmada 100 xal toplayıb.

 

O, çempionatın bombardirləri siyahısında 5-ci olub. Poladxanlı orta məhsuldarlıqda yarışda 2-ci yeri tutub – 20,0. Orta məhsuldarlığı 16-ya bərabər olan Əkbər Məmmədov isə siyahıda 6-cı pillədə qərarlaşıb.