15:40 16-07-2016
news_image
1293
TOP OYUNLARI

Yığmamızın Kipr sınağı

Sabah 16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda ilk oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, 10 komandanın yarışında Azərbaycan millisi də mübarizə aparır.

 

Kiprdə təşkil olunan çempionatda A qrupunda çıxış edən yığmamızın rəqibləri meydan sahibləri, Malta, San-Marino və Uelsdi. Digər qrupda isə Cəbəlütariq, Moldova, Ermənistan, Albaniya və Andorra çıxış edəcək.

 

Millimiz ilk oyununu sabah Uelsə qarşı keçirəcək. Ertəsi Kipr, iyulun 19-da San-Marino ilə qarşılaşacaq yığmamızın qrupdakı son rəqibi Malta olacaq. Bu görüş ayın 21-də baş tutacaq.

 

Qeyd edək ki, hər qrupun iki ən yaxşı komandası iyulun 23-də baş tutacaq yarımfinala yüksələcək.